28 avqust 2026. Cümə

Dibala "Roma" ilə yeni müqavilə imzaladı


Dibala "Roma" ilə yeni müqavilə imzaladı

İtaliyanın "Roma" klubu hücumçu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı argentinalı futbolçu paytaxt təmsilçisi ilə daha bir illik yeni müqaviləyə imza atıb.

Dibala yeni razılaşmadan sonra fikirlərini bölüşüb.

"Hamının - klubun, mənim və ümid edirəm ki, azarkeşlərin də istədiyi kimi, hekayəmiz davam edir. Bu şəhərdə daha bir mövsüm keçirməkdən məmnunam. "Roma"nın formasını geyinməyə davam etmək mənim üçün böyük şərəfdir", - deyə futbolçu bildirib.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ildən "Roma"nın uğurları üçün mübarizə aparır.

O, Roma təmsilçisinin heyətində indiyədək 140 oyunda meydana çıxıb, 45 qol vurub və 30 məhsuldar ötürmə müəllifi olub.







İtaliya S.A.