- İtaliya S.A.
- 22:54 13.07.2026
"İnter"in baş məşqçisi Kristian Kivu komandanın iki futbolçusu – Benjamen Pavar və Andi Diufla bağlı planlarından danışıb.
90deqiqe.Az-ın məlumatına görə, müvəqqəti icarə əsasında "Marsel"də çıxış etdikdən sonra komandaya qayıdan Pavarın gələcəyi ilə bağlı qərarın hələ verilmədiyini bildirən mütəxəssis onun yenidən özünü göstərmək imkanı qazanacağını istisna etməyib.
"O, bizim futbolçumuzdur. İndi komandaya qayıdıb. Onun hazırlıq prosesini izləyəcəyik, daha sonra isə qərar verəcəyik", – deyə Kivu bildirib.
Baş məşqçi yarımmüdafiəçi Andi Diufun mövqeyi ilə bağlı maraqlı planını da açıqlayıb.
"Mənim qeyri-adi bir ideyam var – Diufdan cinah müdafiəçisi kimi istifadə etmək. O, bəzi oyunlarda cəsarətli çıxışı və rəqibləri təkbətək keçmək bacarığı ilə seçilib. Bu xüsusiyyətləri sayəsində matçların gedişinə təsir göstərib. Məsələn, "Komo" ilə qarşılaşmada bunu nümayiş etdirmişdi. Elə oyunlar olacaq ki, o, mərkəzdə çıxış edəcək. Amma onu cinah müdafiəçisi kimi görmək də xoşuma gəlir. Çünki onda komandamızda çatışmayan keyfiyyətlər var", – deyə Kivu vurğulayıb.