14 iyul 2026. Çərşənbə axşamı

"İnter" qazandığı uğurlarla kifayətlənməyəcək"


"İnter" qazandığı uğurlarla kifayətlənməyəcək"

"İnter"in baş məşqçisi Kristian Kivu komandasının A Seriyası və İtaliya Kubokunda qazandığı uğurlardan sonra da iddialarından geri çəkilməyəcəyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssisin sözlərinə görə, Milan təmsilçisi bütün yarışlarda rəqabətədavamlı olmağı və inkişafını davam etdirməyi qarşısına məqsəd qoyub.

"İndi ən vacib məsələ motivasiyadır. Ambisiyalarımızı və gələcək hədəflərimizi nəzərə alsaq, motivasiya heç vaxt kifayət etmir. Ötən mövsüm uğurlu keçdi, amma biz bununla kifayətlənmək istəmirik"

Baş məşqçi komandanın heç bir rəqibdən çəkinmədiyini də vurğulayıb.

"Biz heç kimdən qorxmuruq. Mən nəyisə yalnız özümə sübut etməliyəm. Bu futbolçular qarşısında böyük məsuliyyət daşıyıram. Ötən mövsüm iki kubok qazansaq da, hər mövsümə sıfırdan başlayırıq"

Kivu komandadan ayrılan təcrübəli futbolçuların xidmətlərini yüksək qiymətləndirərək onlara təşəkkür edib.

"Klubun tarixinə düşən futbolçularla vidalaşdıq və onlara minnətdarıq. İndi isə gənclərlə təcrübəli oyunçuların vəhdətindən ibarət rəqabətədavamlı heyətimiz var. Məqsədimiz yüksək tempdə və cəsarətli futbol oynamaqdır. Bəhanələr axtarmayacağıq"

Qeyd edək ki, İtaliya A Seriyasında yeni mövsüm avqustun 22-də start götürəcək.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər