11 avqust 2026. Çərşənbə axşamı

Nikolo Zanyolo əsas komandadan kənarlaşdırıla bilər


Nikolo Zanyolo əsas komandadan kənarlaşdırıla bilər

İtaliya millisinin və "Udineze" klubunun futbolçusu Nikolo Zanyolo əsas komanda ilə məşqlərdən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı futbolçu hələ də komandanın mövsümöncəsi hazırlıq prosesinə qoşulmayıb. Buna səbəb onun yeni müqavilənin maliyyə şərtlərindən narazı qalması və sənədi imzalamaq istəməməsidir.

Mövsüm başa çatdıqdan sonra "Udineze" Zanyolonun transfer hüquqlarını "Qalatasaray"dan alaraq onunla 2029-cu ilədək müqavilə bağlayıb. Lakin futbolçu müqavilənin maliyyə şərtlərinin yenidən nəzərdən keçirilməsini tələb edir. Tərəflər arasında aparılan danışıqlar isə nəticəsiz qalıb.

Mənbənin iddiasına görə, Zanyolo iyulun 22-də başlayacaq mövsümöncəsi hazırlığın ikinci mərhələsinə qədər komandanın düşərgəsinə qayıtmasa, əsas komanda ilə məşqlərdən kənarlaşdırılacaq.

Xatırladaq ki, daha əvvəl futbolçu İtaliya A Seriyasının bir neçə klubuna təklif edilsə də, onun transferi ilə bağlı hələlik heç bir rəsmi təklif daxil olmayıb.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"