18 iyul 2026. Şənbə

"Torino"nun qapıçısı əməliyyat olundu


"Torino"nun qapıçısı əməliyyat olundu

İtaliyanın "Torino" klubunun qapıçısı Franko İsrael Barselonada uğurla əməliyyat olunub.

90deqiqe.Az xəbər verir ki, uruqvaylı qapıçı uzun müddətdir onu narahat edən bel ağrılarından qurtulmaq üçün cərrahi müdaxiləyə ehtiyac duyub. Bildirilir ki, bu problem onun peşəkar karyerasının davamını da sual altına salmışdı.

Klub üçün hazırda ən vacib məsələ Franko İsraelin bərpa prosesinin nə qədər davam edəcəyini müəyyənləşdirməkdir. Çünki bu amil "Torino"nun yay transfer siyasətinə birbaşa təsir göstərə bilər.

19 yaşlı qapıçı ötən mövsüm İtaliya A Seriyasında doqquz oyunda meydana çıxaraq əsas qapıçı Alberto Palearini əvəz edib.

Qeyd edək ki, "Torino" ötən mövsümü A Seriyasında 12-ci pillədə başa vurub.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər