23 iyul 2026. Cümə axşamı

"Milan"ın yeni forması üzərində diqqətçəkən yazı - "İstanbuldan sonra həmişə Afina gəlir" - FOTOLAR


"Milan"ın yeni forması üzərində diqqətçəkən yazı  - "İstanbuldan sonra həmişə Afina gəlir" - FOTOLAR

İtaliyanın "Milan" klubu 2026/2027 mövsümündə istifadə edəcəyi yeni səfər formasını təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, ağ rəngdə hazırlanan forma 20 il əvvəl qazanılan UEFA Çempionlar Liqası zəfərinə həsr olunub. Formanın üzərində italyan dilində "İstanbuldan sonra həmişə Afina gəlir" ifadəsi yer alıb.

Bu sözlər klubun 2005-ci ildə İstanbulda uduzduğu və 2007-ci ildə Afinada qazandığı Çempionlar Liqası finallarına işarə edir.

Xatırladaq ki, "Milan" və "Liverpul" 25 may 2005-ci ildə İstanbul Atatürk Olimpiya Stadionunda keçirilən UEFA Çempionlar Liqasının finalında üz-üzə gəlib.

İtaliya təmsilçisi ilk hissəni 3:0 hesabı ilə öndə başa vursa da, "Liverpul" ikinci hissədə cəmi yeddi dəqiqə ərzində vurduğu üç qolla hesabı bərabərləşdirib. Əlavə vaxtda qalib müəyyənləşmədiyindən matç penaltilər seriyasına gedib və İngiltərə klubu kuboku qazanıb.

Həmin qarşılaşma "Liverpul" azarkeşləri üçün "İstanbul möcüzəsi" kimi tarixə düşüb. "Milan" üçün isə klub tarixinin ən ağır məğlubiyyətlərindən biri sayılır.

İki komanda 23 may 2007-ci ildə Afinada keçirilən növbəti Çempionlar Liqası finalında yenidən qarşılaşıb.

Bu dəfə ağ səfər forması ilə meydana çıxan "Milan" Filippo İnzaginin vurduğu iki qol sayəsində "Liverpul"u 2:1 hesabı ilə məğlub edərək Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.

Beləliklə, Milan təmsilçisi iki il əvvəl İstanbulda yaşadığı məğlubiyyətin əvəzini Afinada çıxmağı bacarıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"