26 iyul 2026. Bazar günü

"Hazırda mən "Milan"ın futbolçusuyam"


"Hazırda mən "Milan"ın futbolçusuyam"

İtaliyanın "Milan" klubunun portuqaliyalı cinah hücumçusu Rafael Leau gələcək karyerası ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "Podpah" podkastında danışıb.

"Klub rəhbərliyi ilə yeni təcrübə yaşamaq imkanını müzakirə etmişəm. Amma bunun baş tutub-tutmayacağını hələ bilmirəm. İyulun 29-da komandanın düşərgəsinə qoşulmalıyam. Hazırda mən "Milan"ın futbolçusuyam. Bu klub mənə çox şey qazandırıb və onun formasını hər zaman hörmətlə daşıyaraq əlimdən gələni edəcəyəm"

Son günlər mətbuatda portuqaliyalı futbolçunun Türkiyə nəhəngləri - "Fənərbağça" və "Qalatasaray"ın maraq dairəsində olduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Rafael Leau 2019-cu ildən "Milan"ın formasını geyinir. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti daha iki mövsüm qüvvədədir.







İtaliya S.A.

"Hazırda mən "Milan"ın futbolçusuyam"
  • İtaliya S.A.
  • 23:14 24.07.2026
"Hazırda mən "Milan"ın futbolçusuyam"