- İtaliya S.A.
- 00:40 25.07.2026
İtaliyanın "Milan" klubunun hücumçusu Kristofer Nkunku zədə alıb və bu səbəbdən yeni mövsümə hazırlıq prosesində fasilə verməli olub.
90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu iyulun 25-də Şotlandiyanın "Seltik" klubuna qarşı keçiriləcək yoxlama oyununda meydana çıxa bilməyəcək.
Bununla yanaşı, "Milan"ın yay transfer dönəmində heyətinə qatdığı Mario Xila və Qonsalu Ramuşun həmin qarşılaşmada debüt etməsi gözlənilir.
Xatırladaq ki, Kristofer Nkunku ötən il Londonun "Çelsi" klubundan 35 milyon avroya transfer olunmuşdu. Lakin onun yeni komandaya uyğunlaşma prosesi gözləniləndən uzun çəkib və futbolçu yalnız mövsümün ortalarından etibarən sabit çıxışı ilə diqqət çəkməyə başlayıb.
Qeyd edək ki, "Milan" ötən mövsüm A Seriyasını 5-ci pillədə başa vurub.