- İtaliya S.A.
- 17:27 26.07.2026
İtaliyanın "İnter" klubunun idman direktoru Pyero Auzilio komandanın transfer fəaliyyəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, klub rəsmisi sağ cinah müdafiəçisi axtarışı və bu mövqedə "Real"a transfer olunan Denzel Dumfrisin əvəzləyicisinin seçilməsi prosesi barədə danışıb.
"Hələlik konkret namizəd yoxdur. Təəssüf ki, Həlaili ilə bağlı problem yarandı və bu, işimizi ləngitdi. Amma hazırda iyulun sonudur və transfer pəncərəsinin bağlanmasına hələ bir aydan çox vaxt var. Qarşıdakı müddətdə layihəmizə və ehtiyaclarımıza uyğun futbolçunu sakit şəkildə axtarmaq imkanımız var", - deyə Auzilio "Sky Sports" nəşrinə bildirib.
Qeyd edək ki, 21 yaşlı "Union Sen-Jilua"nın futbolçusu Anan Həlailinin bir neçə gün əvvəl "İnter"ə keçidi gözlənilirdi. Lakin Milan təmsilçisi futbolçunun tibbi müayinəsinin nəticələrindən narazı qaldığı üçün transfer prosesi dayanıb.