- İtaliya S.A.
- 17:27 26.07.2026
"Napoli"dən ayrılacağı gözlənilən Romelu Lukakunun meneceri Federiko Pastorello belçikalı hücumçunun gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, agent "Sky Sports"a müsahibəsində Lukakunun ehtiyat oyunçular skamyasında qalmağı qəbul etməyəcəyini bildirib.
"Romelu "Napoli"də ehtiyat oyunçular skamyasında otura bilərmi? Əlbəttə ki, xeyr. O, bunu dəfələrlə sübut etmiş möhtəşəm futbolçudur və dünyanın ən məhsuldar hücumçularından biridir. Belə bir vəziyyəti qəbul etməyimiz çətindir. Təbii ki, mövsümün əvvəlində müəyyən iyerarxiya ola bilər, amma son sözü həmişə meydan deyir", - deyə Pastorello vurğulayıb.
Menecer əlavə edib ki, Lukaku özünü arzuolunmaz hiss etdiyi klubda qalmaq niyyətində deyil.
"Romelu istənilmədiyi yerdə qalacaq futbolçu deyil. Biz onun üçün ən uyğun həlli tapmağa çalışacağıq. Açığı, onu ikinci seçim kimi təsəvvür etmək mənim üçün çətindir. Ola bilsin ki, "Napoli"nin idman direktoru Covanni Mannanın açıqlamaları maliyyə amilləri ilə bağlıdır. Hazırda transfer bazarında durğunluq hökm sürür", - deyə o bildirib.
Qeyd edək ki, son vaxtlar Romelu Lukakunun adı Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klubları ilə hallanır.