- İtaliya S.A.
- 23:50 26.07.2026
İtaliyanın "Milan" klubunun yeni transferi Mario Xila zədə səbəbindən ilk sınağını yarımçıq başa vurub.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı müdafiəçi Şotlandiyanın "Seltik" klubuna qarşı keçirilən yoldaşlıq görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
Lakin klubun tibbi heyətinin ilkin rəyinə əsasən, futbolçu ciddi zədə almayıb. Bildirilir ki, Mario Xila sadəcə güclü əzilmə ilə üzləşib və bu səbəbdən avqust ayında yenidən komandanın sərəncamında olacaq.
Mənbənin məlumatına görə, baş məşqçi Ruben Amorim müdafiəçinin hətta avqustun 5-də Avstraliyanın Pert şəhərində "İnter"ə qarşı keçiriləcək növbəti yoldaşlıq görüşündə də meydana çıxacağına ümid edir.
Qeyd edək ki, "Milan" - "Seltik" qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.