- İtaliya S.A.
- 23:00 28.07.2026
"Milan"ın baş məşqçisi Ruben Amorim komandanın vingeri Rafael Leaunun klubun gələcək planlarının bir hissəsi olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçunun son vaxtlar Türkiyə klublarına transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Amorim, Leaunun hazırda "Milan"ın oyunçusu olaraq qaldığını vurğulayıb.
"Bilirəm ki, bəzi futbolçularımız ətrafında çoxlu söz-söhbətlər dolaşır. Amma vəziyyət dəyişməyənə qədər onlar "Milan"ın futbolçularıdır. Bizim əsas məqsədimiz mövsümün ilk oyununa hazırlaşmaqdır. Hamı məşqlərdə iştirak edəcək və əsas heyətdə yer uğrunda mübarizə aparacaq. Bu məsələ müzakirə olunmur. Qaydalar hər kəs üçün eynidir", – deyə Amorimin sözlərini "Goal" nəşri sitat gətirib.
Qeyd edək ki, "Milan" hazırda Avstraliyada mövsümöncəsi hazırlıq turu keçir. İtaliya A Seriyasının yeni mövsümü avqustun 23-də start götürəcək.