28 iyul 2026. Çərşənbə axşamı

"Milan"da yeni layihə qururuq"


"Milan"da yeni layihə qururuq"

"Milan"ın baş məşqçisi Ruben Amorim komandanın gələcəyi ilə bağlı planlarından danışıb.

90deqiqe.Az-ın "Goal.com" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis klubun əsas hədəfinin gənc futbolçulara güvənərək yeni kollektiv formalaşdırmaq olduğunu bildirib.

"Biz gənc oyunçulara etibar etmək və komandanı yenidən qurmaq istəyirik. Bəli, bu, həm klub, həm də baş məşqçi üçün riskdir. Amma mən belə riskə getməyi və yeni layihənin bir hissəsi olmağı üstün tuturam. Məni bura dəvət etmələrinin səbəblərindən biri də çətin dövrlərdə olan komandalarla işləməyi sevməyimdir. Qarşıda mürəkkəb vəzifə olduğunu bilirik, lakin yeni layihə qurmaq əzmindəyik"

Baş məşqçi komandanın təcrübəli yarımmüdafiəçisi Luka Modriç barədə də fikirlərini bölüşüb. O, bu yaxınlarda "Milan"la müqaviləsini daha bir mövsüm uzadan xorvatiyalı futbolçunun komandadakı rolunu yüksək qiymətləndirib.

"Bəzən əsas məsələ nə qədər sürətli qaçmağın deyil, nə qədər sürətli düşünməyindir. Bu baxımdan Luka hələ də dünyanın ən yaxşılarından biridir. Heyətimizdə çoxlu gənc futbolçu var və belə təcrübəli oyunçuların olması onlar üçün son dərəcə vacibdir. Modriç həm gənclərə, həm də bütün komandaya böyük fayda verəcək"

Qeyd edək ki, Ruben Amorim daha əvvəl "Milan"ın vingeri Rafael Leaunun mümkün transferi ilə bağlı yayılan iddialara da münasibət bildirərək portuqaliyalı futbolçunun klubun planlarında yer aldığını açıqlamışdı.







İtaliya S.A.

"Milan"da yeni layihə qururuq"
  • İtaliya S.A.
  • 23:00 28.07.2026
"Milan"da yeni layihə qururuq"
"Hələlik namizəd yoxdur"
  • İtaliya S.A.
  • 16:45 26.07.2026
"Hələlik namizəd yoxdur"
"Hazırda mən "Milan"ın futbolçusuyam"
  • İtaliya S.A.
  • 23:14 24.07.2026
"Hazırda mən "Milan"ın futbolçusuyam"