30 iyul 2026. Cümə axşamı

Azarkeşlər "Latsio"ya arxa çevirdi - Abunə satışları çökdü


Azarkeşlər "Latsio"ya arxa çevirdi  - Abunə satışları çökdü

"Latsio" yeni mövsüm üçün abonement satışında ciddi çətinliklərlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Calcio e Finanza" nəşri məlumat yayıb.

Bildirilib ki, ötən il Roma klubu 29 918 abonement satdığı halda, hazırda bu göstərici cəmi 2 minə yaxındır.

Mənbənin məlumatına görə, buna səbəb azarkeşlərin klub prezidenti Klaudio Lotitoya qarşı davam edən etiraz aksiyasıdır. Mütəşəkkil azarkeş qrupları tərəfdarları abonementlərini yeniləməməyə və komandanı yalnız səfər oyunlarında dəstəkləməyə çağırıblar.

Qeyd edək ki, "Latsio" 2022-2026-cı illər ərzində hər mövsüm orta hesabla 30 minə yaxın abonement satmağı bacarıb.

Klub tarixində ən aşağı göstərici isə 2016-cı ildə qeydə alınıb. Həmin il cəmi 4 min abonement satılıb. Bildirilir ki, hazırkı templə bu antirekord da avqustun 20-dək yenilənə bilər.







İtaliya S.A.

"Mənim üçün yalnız "Roma" var"
  • İtaliya S.A.
  • 00:53 29.07.2026
"Mənim üçün yalnız "Roma" var"
"Milan"da yeni layihə qururuq"
  • İtaliya S.A.
  • 23:00 28.07.2026
"Milan"da yeni layihə qururuq"
"Hələlik namizəd yoxdur"
  • İtaliya S.A.
  • 16:45 26.07.2026
"Hələlik namizəd yoxdur"