31 iyul 2026. Cümə

Qattuzo məşq zamanı futbolçusunu meydandan qovdu


Qattuzo məşq zamanı futbolçusunu meydandan qovdu

"Latsio"nun baş məşqçisi Cennaro Qattuzo komandanın məşqi zamanı yarımmüdafiəçi Kennet Teylorla mübahisə edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, məşq zamanı tərəflər arasında gərgin mübahisə yaşanıb. Bundan sonra italiyalı mütəxəssis niderlandlı futbolçudan məşqi tərk etməsini tələb edib.

Kennet Teylor 2026-cı ilin yanvarında Niderlandın "Ayaks" klubundan "Latsio"ya transfer olunub. O, Roma təmsilçisinin heyətində indiyədək 21 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Cennaro Qattuzo bu ilin iyun ayında "Latsio"nun baş məşqçisi təyin edilib. Roma klubu ötən mövsüm İtaliya A Seriyasını doqquzuncu pillədə başa vurub.







İtaliya S.A.

"Mənim üçün yalnız "Roma" var"
  • İtaliya S.A.
  • 00:53 29.07.2026
"Mənim üçün yalnız "Roma" var"
"Milan"da yeni layihə qururuq"
  • İtaliya S.A.
  • 23:00 28.07.2026
"Milan"da yeni layihə qururuq"
"Hələlik namizəd yoxdur"
  • İtaliya S.A.
  • 16:45 26.07.2026
"Hələlik namizəd yoxdur"