- İtaliya S.A.
- 00:17 31.07.2026
"Milan"ın baş məşqçisi Ruben Amorim hücumçu Kristofer Nkununu yenidən ən yaxşı formasına qaytara biləcəyinə inanır.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu ötən ilin yayında "Çelsi"dən "Milan"a transfer olunsa da, İtaliya klubundakı debüt mövsümündə əsas heyətdə möhkəmlənə bilməyib.
Amorim hesab edir ki, onun rəhbərliyi altında 28 yaşlı forvard "Leyptsiq"də çıxış etdiyi dövrdə nümayiş etdirdiyi yüksək oyun səviyyəsini yenidən bərpa edə bilər.
Kristofer Nkunku ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 35 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Ruben Amorim bu ilin yayında "Milan"ın baş məşqçisi təyin olunub. O, bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.