- İtaliya S.A.
- 17:43 01.08.2026
İngiltərə Premyer Liqasının son mövsümünün gümüş mükafatçısı "Mançester Siti" ilə İtaliya çempionu "İnter" arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Honkonqdakı "Kai Tak" stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan "İnter" 3:1 hesablı qələbə qazanıb.
Matçda hesabı 15-ci dəqiqədə "Mançester Siti"nin hücumçusu Diven Mubama açıb. Cəmi beş dəqiqə sonra "İnter"in müdafiəçisi Benjamen Pavar tarazlığı bərpa edib.
Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında "Mançester Siti" 78 xalla ikinci yeri tutaraq çempion "Arsenal"dan yeddi xal geri qalıb. "İnter" isə A Seriyasında 87 xal toplayaraq mövsümü çempion kimi başa vurub.