- İtaliya S.A.
- 19:01 01.08.2026
"Yuventus"un baş məşqçisi Luçano Spalletti komandanın heyətindəki çatışmazlıqlar və mümkün yeni transferlərlə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis komandanın hazırda iki əsas mövqedə güclənməyə ehtiyac duyduğunu bildirib.
"Bu anda bizə klassik hücumçu, eləcə də həmin futbolçunu ötürmələrlə təmin edə biləcək pleymeyker çatışmır.
Kolo-Muani çox yönlü hücumçudur. O, daha geriyə çəkilərək yarımmüdafiəçilərlə əlaqə yarada, boş zonalara hücum edə və cinahda da çıxış edə bilər.
Alaibegoviçə gəlincə, mən onu daha çox hücumçunun arxasında çıxış edən pleymeyker kimi görürəm", – deyə Spalletti bildirib.
Qeyd edək ki, daha əvvəl Randal Kolo-Muani və Kərim Alaibegoviçin yaxın zamanda "Yuventus"un heyətinə qoşula biləcəyi barədə məlumatlar yayılmışdı.