14 avqust 2026. Cümə

"Roma" Uelsdə darmadağın oldu


"Roma" Uelsdə darmadağın oldu

2026/2027 mövsümünə hazırlıq çərçivəsində keçirilən yoldaşlıq oyununda İtaliyanın "Roma" klubu Uels təmsilçisi "Kardiff Siti" ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Kardiff şəhərindəki "Cardiff City Stadium"da baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Oyunda hesab artıq 3-cü dəqiqədə açılıb. "Kardiff Siti"nin yarımmüdafiəçisi Sian Eşford komandasını önə keçirib. 30-cu dəqiqədə Yusef Saleh fərqi iki topa çatdırıb.

35-ci dəqiqədə "Roma" hesab arasındakı fərqi azaltmaq imkanı qazansa da, Paulo Dibala təyin olunan penaltidən yararlana bilməyib. Dörd dəqiqə sonra Eşford ikinci qolunu vuraraq hesabı 3:0 edib.

İkinci hissədə Dibala 58-ci dəqiqədə fərqi azaltsa da, 64-cü dəqiqədə Olli Tanner "Kardiff Siti"nin dördüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib – 4:1.

Qeyd edək ki, İtaliya A Seriyasının ilk turunda "Roma" avqustun 24-də doğma meydanda "Fiorentina"nı qəbul edəcək. "Kardiff Siti" isə İngiltərə Çempionşipinin açılış turunda avqustun 17-də öz meydanında "Reksem"lə üz-üzə gələcək.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"