2 avqust 2026. Bazar günü

Luka Modriçi Avstraliyada möhtəşəm qarşıladılar - VİDEO


Luka Modriçi Avstraliyada möhtəşəm qarşıladılar - VİDEO

İtaliyanın "Milan" klubu yoldaşlıq oyunlarında iştirak etmək üçün Avstraliyanın Pert şəhərinə yollanıb.

90deqiqe.Az-ın məlumatına görə, "rossoneri" burada bir neçə yoxlama görüşü keçirəcək. Həmin matçlardan biri də əzəli rəqib "İnter"ə qarşı olacaq.

Komandanın ulduz futbolçusu Luka Modriç Pertdə böyük coşqu ilə qarşılanıb. Xorvatiyalı yarımmüdafiəçinin qaldığı otelin önünə yüzlərlə azarkeş toplaşaraq ona dəstək nümayiş etdirib.

Bu marağın əsas səbəblərindən biri Pertdə çoxsaylı xorvat diasporunun yaşamasıdır. Qeyd edək ki, Modriç bu yaxınlarda "Milan"la müqaviləsinin müddətini daha bir il uzadıb.

Xatırladaq ki, Luka Modriç 2025-ci ilin yayından "Milan"ın formasını geyinir. Təcrübəli yarımmüdafiəçi bundan əvvəl 10 ildən çox Madrid "Real"ının şərəfini qoruyub.

Qeyd edək ki, İtaliya A Seriyasında 2026/2027 mövsümü avqustun 22-də start götürəcək.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında