19 sentyabr 2026. Şənbə

Qattuzo "Latsio"nun transfer planını açıqladı


Qattuzo "Latsio"nun transfer planını açıqladı

İtaliyanın "Latsio" klubunun baş məşqçisi Cennaro Qattuzo komandasına daha iki futbolçunun lazım olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis yay transfer pəncərəsi bağlanana qədər heyətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

"Mən bilirəm ki, iki mövqeni mütləq gücləndirməliyik. Komandaya bir hücumçu və bir mərkəz müdafiəçisi transfer olunmalıdır", - deyə Qattuzo bildirib.

Qeyd edək ki, "Latsio" ötən mövsüm Mauritsio Sarrinin rəhbərliyi altında A Seriyasını doqquzuncu pillədə başa vurub.

Roma təmsilçisi sonuncu dəfə 2000-ci ildə İtaliya çempionu olub. Klub tarixində ilk "skudetto"nu isə 1974-cü ildə qazanıb.







İtaliya S.A.

“Monza” “Sassuolo”nu məğlub etdi
  • İtaliya S.A.
  • 00:51 19.09.2026
“Monza” “Sassuolo”nu məğlub etdi
“Daha yaxşı oynamalıyıq”
  • İtaliya S.A.
  • 23:58 16.09.2026
“Daha yaxşı oynamalıyıq”