- İtaliya S.A.
- 23:51 04.08.2026
İtaliyanın "Milan" klubunun baş məşqçisi Ruben Amorim son vaxtlar transfer iddiaları ilə gündəmdən düşməyən hücumçu Rafael Leaunun gələcəyi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, "Goal" nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
"İlk gündən komandada olanlar da, sonradan qoşulanlar da çox yaxşı çalışırlar. Leaunun "Milan" kimi bir klubda çıxış etdiyi üçün özünü şanslı hesab etməsi lazımdır. O, burada xoşbəxt və motivasiyalı görünür. Transfer pəncərəsinin sonuna qədər nə baş verəcəyini bilmirəm, amma hiss edirəm ki, komandamız həqiqətən də çox mehriban və birləşmiş kollektivdir"
Transfermarkt portalının məlumatına görə, 26 yaşlı portuqaliyalı futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Rafael Leaunun "Milan"la qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.