5 avqust 2026. Çərşənbə

"A Seriyada da qeyri-standart futbol oynamaq mümkündür"


"A Seriyada da qeyri-standart futbol oynamaq mümkündür"

"Milan"ın baş məşqçisi Ruben Amorim İtaliya çempionatında fərqli oyun fəlsəfəsi tətbiq etmək istədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis müdafiə futbolunun üstünlük təşkil etdiyi A Seriyasında da daha cəsarətli və qeyri-standart oyun nümayiş etdirməyin mümkün olduğunu sübut etmək niyyətindədir.

"İtaliya futbolunu daha dərindən öyrənmək üçün mənə vaxt lazımdır, amma artıq müəyyən məqamları başa düşürəm. Göstərmək istəyirəm ki, A Seriyasında da qeyri-standart futbol oynamaq mümkündür", - deyə Amorimin sözlərini pianetamilan.it yayıb.

Qeyd edək ki, Ruben Amorim iyun ayında "Milan"a baş məşqçi təyin olunub. Klub rəhbərliyi daha əvvəl praqmatik futbol fəlsəfəsi ilə tanınan Massimiliano Alleqrini vəzifəsindən göndərmişdi.

Xatırladaq ki, Amorim ilin əvvəlində İngiltərənin "Mançester Yunayted" klubundan da istefaya göndərilib.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında