- İtaliya S.A.
- 23:59 05.08.2026
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç komanda yoldaşı Rafael Leaunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Sky Sport" xorvat futbolçunun dediklərini belə çatdırıb.
"Rafael kifayət qədər yetkin futbolçudur və özü üçün nəyin daha yaxşı olduğunu bilir. Biz hamımız onun qayğısına qalırıq və komandamız üçün nə qədər vacib oyunçu olduğunu yaxşı anlayırıq.
Leau optimal formasını bərpa etdikdə dünyanın ən yaxşı futbolçularından biridir. Düşünürəm ki, ötən mövsüm zədələr ona mane oldu. Ümid edirəm ki, o, komandada qalacaq və yeni mövsümdə uğurlar qazanmağımıza kömək edəcək"
Portuqaliyalı vingerin yay transfer pəncərəsi bağlanana qədər klubu tərk edəcəyi ehtimal olunur. 27 yaşlı futbolçu daha əvvəl karyerasını başqa çempionatda davam etdirmək istədiyini açıqlamışdı.
Qeyd edək ki, son vaxtlar Rafael Leaunun transferində ən ciddi maraqlı tərəf kimi Türkiyənin "Fənərbağça" klubu göstərilir.