7 avqust 2026. Cümə

Neapolda Maradonanın adını daşıyan yeni stadion tikiləcək


Neapolda Maradonanın adını daşıyan yeni stadion tikiləcək

2032-ci ilə qədər Neapolda yeni stadion inşa ediləcək. 

90deqiqe.Az-ın məlumatına görə, arena əvvəlki kimi əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın adını daşıyacaq.

Stadion layihəsi bu həftə Neapol meri Qaetano Manfrediyə təqdim olunub. Yeni arenanın əsas məqsədi 2032-ci ildə İtaliyada keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etməkdir.

Layihəyə əsasən, hazırkı stadionun əsas xüsusiyyətlərindən biri olan atletika qaçış zolağı tamamilə ləğv ediləcək. Arenada 16 VIP loja yaradılacaq, həmçinin stadionun ətrafında bir neçə yaşıllıq zonası salınacaq.

Xatırladaq ki, Neapol şəhərinin futbol klubu yaxın günlərdə yaranmasının 100 illiyini qeyd edib. "Napoli" tarixində dörd dəfə İtaliya çempionu olub.







İtaliya S.A.

"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında