8 avqust 2026. Şənbə

"İnter"ə qarşı oyun komandamızın xarakterini göstərəcək"


"İnter"ə qarşı oyun komandamızın xarakterini göstərəcək"

"Yuventus"un baş məşqçisi Luçano Spalletti "İnter"ə qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, avqustun 8-də Avstraliyada baş tutacaq qarşılaşma barədə danışan italiyalı mütəxəssis bu cür oyunların komandanın real gücünü ortaya qoyduğunu bildirib.

"Sabahkı kimi oyunlar komandanın xarakterini göstərir. Məhz belə matçlarda düzgün yolda olub-olmadığımız aydın görünür. "İnter" çox güclü rəqibdir. Buna görə də oyunboyu vahid komanda kimi çıxış etməli, planımıza sadiq qalmalı və rəqibə üstünlük qazanmaq imkanı verməməliyik. Ən vacibi isə komanda birliyini qorumaqdır", - deyə Spalletti vurğulayıb.

Baş məşqçi start heyətinin müəyyənləşdirilməsi zamanı futbolçuların fiziki durumunun əsas meyarlardan biri olduğunu da qeyd edib.

"Start heyətini seçərkən yalnız məşqlərdəki çıxışı deyil, uzun uçuşları, saat qurşağı fərqini və digər amilləri də nəzərə almalıyam. Kenan Yıldızla bağlı da eyni yanaşma keçərlidir. Sabah səhər kimin dincəlməyə ehtiyacı olduğunu müzakirə edəcəyik və yekun qərarı oyundan əvvəl verəcəyəm. Hazırkı plan onun bir hissədə meydana çıxmasıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, "Yuventus" – "İnter" yoldaşlıq görüşü avqustun 8-də keçiriləcək.







İtaliya S.A.

"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında