8 avqust 2026. Şənbə

“İnter” “Yuventus”u məğlub etdi


“İnter” “Yuventus”u məğlub etdi

Avstraliyada “Yuventus” və “İnter” arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Perth şəhərindəki “Optus” stadionunda keçirilən qarşılaşmada Milan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

“İnter”in heyətində Federiko Dimarko 20-ci dəqiqədə hesabı açıb. Andi Diuf 62-ci dəqiqədə fərqi iki topa çatdırıb. “Yuventus”un heyətində isə Şiko Konseysao 85-ci dəqiqədə fərqi azaldıb.

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən, “Yuventus” İtaliya A Seriyasını 6-cı pillədə başa vurub. “İnter” isə çempionatı lider tamamlayaraq ölkə çempionu olub.

Yeni mövsümün ilk turunda “Yuventus” avqustun 23-də səfərdə “Frozinone” ilə qarşılaşacaq. “İnter” isə avqustun 22-də doğma meydanda “Montsa”nı qəbul edəcək.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"