- İtaliya S.A.
- 20:13 08.08.2026
“Çelsi” ilə “Milan” arasında Cakartada keçirilən yoldaşlıq oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Bunq Karno” stadionunda keçirilən qarşılaşmada London təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
“Çelsi”nin heyətində Joao Pedro 45+2-ci dəqiqədə hesabı açıb. Braziliyalı hücumçu 46-cı dəqiqədə ikinci qolunu vuraraq dubl edib. Moyses Kaysedo isə 50-ci dəqiqədə görüşdə son nöqtəni qoyub.
Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 52 xal toplayan “Çelsi” 10-cu pillədə qərarlaşıb və avrokuboklara vəsiqə qazana bilməyib. “Milan” isə İtaliya A Seriyasında 70 xalla 5-ci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə əldə etməyib.
Yeni mövsümün ilk turunda “Çelsi” avqustun 24-də səfərdə “Fulhem”lə, “Milan” isə avqustun 23-də səfərdə “Torino” ilə qarşılaşacaq.