- İtaliya S.A.
- 23:54 08.08.2026
İtaliyanın sabiq məşhur hücumçusu Filippo İnzaqi futbolçu karyerası ərzində vurduğu ən yaxşı üç qolu xatırlayıb.
90deqiqe.Az-ın məlumatına görə, “Pianeta Milan” sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Əlbəttə, 2007-ci ildə Afinada keçirilən Çempionlar Liqasının finalında vurduğum iki qol. Həmin il ümumiyyətlə möhtəşəm idi. Üç fərqli finalda beş qol vurmuşdum. Dünya çempionatında Çexiya millisinin qapısına vurduğum qol və yəqin ki, “Novara”da sonuncu matçımın son dəqiqəsində vurduğum son qol”
Qeyd edək ki, Filippo İnzaqi peşəkar futbolçu karyerasını 2012-ci ildə başa vurub. O, karyerasının böyük hissəsini “Yuventus” və “Milan”da keçirib.