9 avqust 2026. Bazar günü

“Çempionat başlayandan sonra transfer pəncərəsinin bağlanması absurddur”


“Çempionat başlayandan sonra transfer pəncərəsinin bağlanması absurddur”

İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Daniele De Rossi yay transfer pəncərəsinin müddətini tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis transfer pəncərəsinin çempionat başladıqdan sonra bağlanmasını düzgün hesab etmədiyini bildirib.

“Çempionat başlayandan sonra bağlanan transfer pəncərəsi absurddur. Bu, axmaqlıq və səhvdir. Bunun kiminsə xoşuna necə gəldiyini və kiminsə bununla razılaşa bildiyini başa düşmürəm. Bu vəziyyət hamı üçün dağıdıcıdır”, - deyə De Rossinin sözlərini "TMW" yayıb.

O, transfer pəncərəsinin daha erkən bağlanmasının klublar və baş məşqçilər üçün daha əlverişli olacağını vurğulayıb:

“Müddət qısaldılsa, klublar və məşqçilər əhəmiyyətli oyunlar başlamazdan əvvəl heyətlərinin necə formalaşdığı barədə daha aydın təsəvvürə malik olarlar. Hamımız eyni vəziyyətdəyik və bu məsələdən bu və ya digər dərəcədə narazıyıq”.

Qeyd edək ki, İtaliya A Seriyasında yay transfer pəncərəsi 28 iyunda açılıb və 1 sentyabr 2026-cı ildə bağlanacaq.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"