- İtaliya S.A.
- 22:33 11.08.2026
“Milan”ın hücumçusu Rafael Leau İtaliya klubundan mümkün ayrılığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "Goal" nəşri təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Düşündüyüm yeganə şey meydandır. Hər oyunda və hər məşqdə əlimdən gələnin ən yaxşısını etməyə fokuslanmışam”
Futbolçu gələcəyi ilə bağlı yayılan müxtəlif iddialara da aydınlıq gətirib:
“Hər hansı spekulyasiyaların və həqiqətə uyğun olmayan məlumatların qarşısını almaq üçün bir daha vurğulayıram: bir müddətdir bütün işlərimlə yalnız ailəm və hüquqşünaslarım məşğul olur. Başqa heç kim mənim adımdan çıxış etmək səlahiyyətinə malik deyil. Diqqətimi qarşıdakı məqsədlərə yönəltmişəm”.
“Milan”ın 27 yaşlı futbolçu üçün gələcək təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir. Bununla belə, Leau açıqlaması ilə gələcəyi ətrafında spekulyasiyaların aparılmasını istəmədiyini və diqqətini “Milan”dakı çıxışlarına yönəltdiyini nümayiş etdirib.
Qeyd edək ki, son günlər 27 yaşlı futbolçuya Türkiyə klublarının ciddi maraq göstərdiyi barədə məlumatlar yayılıb.