12 avqust 2026. Çərşənbə

“Yuventus” beynəlxalq hazırlıq turunu qələbə ilə başa vurub


“Yuventus” beynəlxalq hazırlıq turunu qələbə ilə başa vurub

“Yuventus” beynəlxalq mövsümöncəsi hazırlıq turunun son oyununda “Palermo”ya 2:0 hesabı ilə qalib gəlib.  

90deqiqe.Az-ın məlumatına görə, Spalletti Kənan Yıldızın komandanın uğuru naminə üzərinə düşən müdafiə vəzifəsini də yüksək səviyyədə yerinə yetirdiyini bildirib:

“Alaybegoviç demək olar ki, həmişə rəqibin sağ mərkəz müdafiəçisinə hücum etdiyi üçün Kenan cinah müdafiəçisini təqib etməklə özünü fəda edirdi. O, bunu əsl peşəkar kimi, komandanın uğuru üçün əlindən gələni edən futbolçuya xas təvazökarlıqla edirdi”.

Qarşılaşmadan əvvəl Pyer Kalülyu isinmə zamanı zədələnib. Onu müdafiə xəttində Federiko Qatti əvəzləyib.

“Kalülyunun zədəsi ciddi deyil. Qatti əvvəlcə 20-30 dəqiqə oynamalı idi. Lakin özünü çox yaxşı göstərdi və yaxşı oyun keçirdi”, - deyə Spalletti qeyd edib.

İtaliyalı mütəxəssis Duqlas Luisi də start heyətində meydana buraxıb. Spallettinin sözlərinə görə, braziliyalı futbolçu uğurlu mövsümöncəsi hazırlıqdan sonra “Yuventus”da qalmaq şansı qazanıb.

“Biz hələ hər şeyi qiymətləndirəcəyik. Lakin Duqlas Luisin böyük ehtimalla bu mövsüm komandada qalacağını düşünürəm. Onu daha yaxından tanımaq üçün mütəmadi olaraq meydana buraxırdım”, - baş məşqçi bildirib.

Qeyd edək ki, Turin təmsilçisinin baş məşqçisi Luçano Spallettinin komandası qarşılaşmaya 4-2-3-1 taktiki sxemi ilə çıxıb. Kenan Yıldız, Françesko Konseysau və Kərim Alaybegoviç hücumun mərkəzində yer alan Randal Kolo-Muaninin arxasında mövqe tutublar.“Yuventus” avqustun 17-də İtaliyanın C Seriyasında çıxış edən ehtiyat komanda ilə yoxlama oyunu keçirəcək.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"