15 avqust 2026. Şənbə

“Milan”a keçməyimə cəmi bir neçə gün qalmışdı”


“Milan”a keçməyimə cəmi bir neçə gün qalmışdı”

Ukrayna millisinin hücumçusu Artyom Dovbik ötən il “Milan”a keçməyə çox yaxın olduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə “La Repubblica”ya açıqlamasında danışıb.

36 yaşlı futbolçunun sözlərinə görə, transfer pəncərəsinin bağlanmasına cəmi üç gün qalmış “Milan”a keçidi gündəmdə olub. Həmin vaxt Massimiliano Alleqri İtaliya klubunun baş məşqçisi, İqli Tare isə idman direktoru təyin edilmişdi. Tarenin Dovbikin “Roma”dan “Milan”a Santyaqo Ximeneslə dəyişdirilməsi variantını irəli sürdüyü bildirilir.

“Ötən mövsüm çox çətin keçdi. Özümə komanda axtarırdım və transfer pəncərəsinin bağlanmasına üç gün qalmış “Milan”a keçməyə çox yaxın idim. Lakin heç nə alınmadı”, - deyə Dovbik bildirib.

Qeyd edək ki, İtaliya A Seriyasında yeni mövsümə gələn həftə start veriləcək.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi