15 avqust 2026. Şənbə

Mayk Menyan tənqidçilərə Xoca Nəsrəddinlə cavab verdi


Mayk Menyan tənqidçilərə Xoca Nəsrəddinlə cavab verdi

“Milan”ın fransalı qapıçısı Mayk Menyan ona yönələn tənqidlərə sosial şəbəkə paylaşımı ilə cavab verib.

90deqiqe.Az-ın “Pianeta Milan”a istinadən məlumatına görə,  italiyalı jurnalistlərin qapıçıya qarşı növbəti tənqid dalğasına səbəb onun məzuniyyətinin bir neçə gün uzadılmasını istəməsi olub.  

36 yaşlı qolkiper sosial şəbəkə hesabında Xoca Nəsrəddin və onun eşşəyi ilə bağlı məşhur hekayəni əks etdirən şəkil paylaşıb.

Sözügedən hekayənin əsas mesajı hər kəsi eyni anda razı salmağın mümkün olmadığı fikridir. Bununla da Menyan ünvanına səslənən tənqidlərə dolayı yolla münasibət bildirib.

Qeyd edək ki, Menyan hazırda Fransız Polineziyasında istirahət edir. fransalı qapıçının məzuniyyətini uzatmaq istəməsi İtaliya mətbuatında müzakirələrə səbəb olub.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi