15 avqust 2026. Şənbə

“Napoli” kapitanı ilə müqaviləni 2030-cu ilə qədər uzadır


“Napoli” kapitanı ilə müqaviləni 2030-cu ilə qədər uzadır

İtaliyanın “Napoli” klubu müdafiəçisi Covanni Di Lorenso ilə müqaviləni uzatmaq barədə razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Şkira məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Tərəflər arasında razılaşmanın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Hazırda zədə səbəbindən müalicə olunan Di Lorenso ötən mövsüm “Napoli”nin əsas oyunçularından biri olub. Neapol təmsilçisi 2025/2026 mövsümünü A Seriyasının turnir cədvəlində ikinci pillədə başa vurub.

Qeyd edək ki, İtaliya çempionatının yeni mövsümü gələn həftənin sonunda start götürəcək. “Napoli” I turda səfərdə “Cenoa” ilə qarşılaşacaq.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi