- İtaliya S.A.
- 20:40 16.08.2026
Futbolçu karyerasını başa vuran italiyalı hücumçu Çiro İmmobile yaxın gələcəkdə məşqçilik sahəsində təhsil almağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı keçmiş futbolçu qərarının səbəblərindən danışaraq fiziki durumunun karyerasını davam etdirməyə imkan vermədiyini bildirib.
“Mən həmişə, ilk növbədə, özümə qarşı dürüst və açıq olmuşam. Həmişə özümə demişəm ki, bədənimdən artıq bacarmadığımı göstərən siqnal alan kimi karyeramı başa vuracağam. Hər zaman ən yüksək səviyyədə qalmaq mümkün deyil. Artıq əvvəlki kimi ola bilmədiyimi hiss etdim. İndi ailəmlə daha çox vaxt keçirə, eyni zamanda məşqçilik sənətini öyrənməyə başlaya bilərəm”, - deyə İmmobile bildirib.
Qeyd edək ki, Çiro İmmobile İtaliya çempionatında 4 dəfə bombardir olub.