- İtaliya S.A.
- 00:50 17.08.2026
“Milan”ın futbolçusu Samuel Çukvueze komandanın yeni baş məşqçisi Ruben Amorimin ona göstərdiyi etimaddan danışıb.
90deqiqe.Az-ın məlumatına görə, nigeriyalı hücumçu portuqaliyalı mütəxəssisin gəlişinin onun üçün böyük fürsət olduğunu bildirib.
“Amorim yaxşı məşqçidir. O, mənə güvənir və mənə şans verib. Mən onun etimadını doğrultmalıyam. Bu, mənim üçün böyük fürsətdir. Belə bir imkan yalnız bir dəfə yaranır – icarədən sonra “Milan”a qayıtmaq”, - deyə Çukvueze bildirib.
Qeyd edək ki, İtaliya A Seriyasının 2026/2027 mövsümünün ilk turunda “Milan” doğma meydanda “Torino” ilə qarşılaşacaq.