- İtaliya S.A.
- 00:50 17.08.2026
Portuqaliyanın “Portu” klubunun baş məşqçisi Françesko Farioli Meksika millisinin hücumçusu Santyaqo Ximenesin komandaya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın “pianetamilan.it”ə istinadən məlumatına görə, İtaliyalı mütəxəssis bu barədə çoxsaylı məlumatların yayıldığını, lakin onların əksəriyyətinin həqiqəti əks etdirmədiyini deyib.
“Ximenes “Portu”ya? Bu mövzu ilə bağlı çoxlu məlumat oxuyuram. Lakin bir qayda olaraq, onların heç birində həqiqət yoxdur. Hər jurnalist öz işini görür, hazırda transfer dövrüdür. Bəzi futbolçuların adı daha çox, bəzilərinin isə daha az hallanır”, - deyə Farioli bildirib.
Qeyd edək ki, Portuqaliya çempionatında yeni mövsüm artıq başlayıb. İtaliya A Seriyasında isə 2026/2027 mövsümünə gələn həftə start veriləcək.