- İtaliya S.A.
- 01:16 19.08.2026
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya klubunu Madrid “Real”ı ilə müqayisə edib.
90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı xorvatiyalı futbolçu “Milan”ın dünyanın ən böyük klublarından biri olduğunu vurğulayıb:
“Mən “Milan”ın dünyanın ən böyük klubu olan “Real”la eyni səviyyədə olduğunu hiss edirəm. “Milan”a gələndə bunun səbəbini anlayırsan. Bura dünyanın ən mühüm klublarından biridir. Orada çalışan insanlar, azarkeşlər klubu möhtəşəm edir. “Milan”ın niyə bu qədər böyük klub olduğunu başa düşdüm”, – deyə Modriçin sözlərini “Cadena SER” yayıb.
Modriç 2025-ci ilin yayında “Milan”a transfer olunub. Bu müddət ərzində bütün turnirlərdə 37 oyuna çıxan yarımmüdafiəçi 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
İtaliya klubu iyulun 23-də 40 yaşlı futbolçu ilə müqavilənin müddətini daha 1 il uzatdığını açıqlayıb.
Qeyd edək ki, Modriç 2012-2025-ci illərdə Madrid “Real”ının formasını geyinib.