- İtaliya S.A.
- 01:16 19.08.2026
“Tottenhem”dən “Yuventus”a keçən qapıçı Qulyelmo Vikario transferi ilə bağlı ilk açıqlamasını verib.
90deqiqe.Az xəbər verir ki, Vikario “Yuventus”a keçidinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Çox həyəcanlıyam. Çünki “Yuventus”a keçid bir növ həyat arzum idi. Uşaqlıqdan bu anın xəyalını qururdum. İndi bunun gerçəkləşməsi ilə fəxr edirəm.
Belə böyük tarixə malik klubu təmsil etmək böyük məsuliyyətdir. Mən bu məsuliyyəti məmnuniyyətlə üzərimə götürür və bütün qəlbimlə qəbul edirəm”.
Qeyd edək ki,Turin təmsilçisi 29 yaşlı qapıçı ilə icarə müqaviləsi imzaladığını açıqlayıb. Sözləşmədə futbolçunun satınalma hüququ da yer alıb. italiyalı qapıçı 2023-cü ildən “Tottenhem”in formasını geyinib. İngiltərə klubuna keçməzdən əvvəl isə Vikario “Empoli”də çıxış edib.