20 avqust 2026. Cümə axşamı

Kristian Pulişiç “Milan”da məşqlərə qayıdıb


Kristian Pulişiç “Milan”da məşqlərə qayıdıb

“Milan”ın vingeri Kristian Pulişiç zədədən sonra komandanın məşqlərinə qayıdıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

27 yaşlı futbolçu ABŞ millisinin heyətində DÇ-2026-nın 1/16 finalında Belçikaya qarşı keçirilən və 1:4 hesabı ilə başa çatan matçda xəsarət alıb. Pulişiçin ayağında sümük əzilməsi və baldır sümüyündə mikroçat aşkarlanıb.

Bundan əlavə, amerikalı futbolçu turnir zamanı baldır əzələsində də problem yaşayıb. Bu səbəbdən o, “Milan”ın bütün mövsönöncəsi hazırlıq prosesini buraxıb.

“Milan” A Seriyasında mövsümün ilk oyununu avqustun 23-də “Torino”ya qarşı keçirəcək. Pulişiçin bu qarşılaşmada meydana çıxması gözlənilmir.

Amerikalı vingerin avqustun 28-də doğma meydanda “Venesiya” ilə matçda yaşıl meydanlara qayıtması ehtimal olunur.







İtaliya S.A.