20 avqust 2026. Cümə axşamı

“Milan” belçikalı vingeri transfer edib


“Milan” belçikalı vingeri transfer edib

“Milan” Fransanın “Strasburq” klubunda çıxış edən belçikalı vinger Dieqo Moreyranın transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu “rossoneri” ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq. Moreyra yeni komandasında 22 nömrəli formada çıxış edəcək.

Daha əvvəl mətbuatda transferin “Milan”a 45 milyon avroya başa gələcəyi barədə məlumat yayılmışdı.

Dieqo Moreyra “Strasburq”a keçməzdən əvvəl “Çelsi”nin futbol akademiyasında çıxış edib, həmçinin “Lion”un formasını geyinib. Belçikalı futbolçu 2024-cü ildən “Strasburq”da oynayırdı.

Moreyra Fransa klubunun heyətində ümumilikdə 76 matçda meydana çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.