29 iyun 2026. Bazar ertəsi

İtaliyanın məşhur futbol klubu fəaliyyətini dayandırdı


İtaliyanın məşhur futbol klubu fəaliyyətini dayandırdı

İtaliyanın "Palermo" futbol klubu fəaliyyətini dayandırıb.

Corner.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Palermo məhkəməsi klubun iflasını rəsmi olaraq təsdiqləyib. 

Palermo şəhərinin eyni adlı təmsilçisinin keçmiş sahibi Mauritsio Camparininin oğlu Andreya Camparini 10 milyon avro ödəməyi təklif edib, lakin bu məbləğ borcları qarşılamaq üçün kifayət etməyib. 

Qeyd edək ki, "Palermo" klubu 1900-cü ildə təsis edilib. Komanda 2018/2019 mövsümündə B Seriyasında çıxış edib. Lakin maliyyə problemləri ucbatından çempionatdan kənarlaşdırılıb. "Palermo" son olaraq D Seriyasında mübarizə aparıb. (Report)







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı