- İtaliya S.A.
- 23:59 21.08.2026
“İnter”in yeni transferi Körtis Cons “Liverpul”dan ayrılaraq İtaliya klubuna keçidi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi uzun müddətdir karyerasını “İnter”də davam etdirmək istədiyini bildirib.
“Uzun müddətdir “İnter”ə qoşulmaq istəyirdim və buna görə çox xoşbəxtəm. Karyeramın bu mərhələsində növbəti addımı atmağa ehtiyacım var idi. Düşünürəm ki, “İnter” bunun üçün ideal seçimdir”, – deyə Cons klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
İngiltərəli futbolçunun sözlərinə görə, “İnter”in ev oyunlarını keçirdiyi “Cuzeppe Meatsa” stadionundakı atmosfer onun qərarında əsas amillərdən biri olub. Cons ötən mövsüm Çempionlar Liqasında “İnter” – “Liverpul” matçı zamanı stadiondakı ab-havanı yaxından hiss etdiyini vurğulayıb.
Qeyd edək ki, “İnter” Kertis Consun transferi üçün “Liverpul”a 30 milyon avro ödəyib. Razılaşmaya əsasən, məbləğə əlavə olaraq 5 milyon avro bonuslar və futbolçunun gələcək satışından 10 faiz pay da daxildir.
Cons “İnter”lə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.