- İtaliya S.A.
- 23:08 22.08.2026
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 2026/27 mövsümündə çempionluq uğrunda mübarizə aparacaq komandaların adlarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis mövsümün ilk turunda “Cenoa” ilə matçdan əvvəl çempionluğun əsas favoritləri barədə danışıb.
“Favoritlər haqqında danışmayacağıq. Amma “İnter”in əlində Skudetto var və buna görə də onların favorit olması məntiqlidir. Bu, yeddi komandanın, “İnter”i də nəzərə alsaq, səkkiz klubun çempionluq uğrunda mübarizə aparacağı maraqlı mövsüm olacaq.
“Napoli”, “İnter”, “Yuventus”, “Milan”, “Komo”, “Roma”, “Fiorentina” və “Atalanta” çempionluq uğrunda mübarizə aparacaq. Hələ qarşıda uzun yol var. Yaxşı formada olmaq və balansı qorumaq lazımdır.
15 gündən sonra Çempionlar Liqası başlayacaq. Bu, daha bir turnir və möhtəşəm yarışdır. Daha sonra İtaliya Kuboku gələcək. Komanda bütün turnirlərdə rəqabətədavamlı olmalıdır”, - deyə Alleqrinin sözlərini “Football Italia” nəşri sitat gətirib.
Qeyd edək ki, ötən mövsüm “İnter” A Seriyasında çempionluğu vaxtından əvvəl təmin edib. Milan təmsilçisi mövsümü 87 xalla başa vurub və ikinci pillədə qərarlaşan “Napoli”ni 11 xal qabaqlayıb.