22 avqust 2026. Şənbə

Rafael Leaunun “Milan”dakı gələcəyi ilə bağlı açıqlama


Rafael Leaunun “Milan”dakı gələcəyi ilə bağlı açıqlama

İspaniyalı mütəxəssis Rafael Benites “Milan”ın hücumçusu Rafael Leaunun klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı onun “Milan”da qalacağı, yoxsa komandanı tərk edəcəyi ilə bağlı dəqiq fikir söyləyə bilməyib.

“Əsas məsələ Rafael Leau ilə bağlıdır: bundan sonra nə olacaq, o qalacaq, yoxsa gedəcək? Bu mövzu müəyyən qədər təhlilin istiqamətini dəyişir. Söhbət Sakk və Kapellonun sayəsində dünya futbolunun tarixinə düşmüş bir klubdan gedir. Həmin dövrdən müəyyən izlər qalıb, eləcə də bəzi ənənələr davam edir”, - deyə Benitesin sözlərini “pianetamilan.it” nəşri sitat gətirib.

Qeyd edək ki, portuqaliyalı futbolçu “Milan”da keçirdiyi yeddinci mövsümdə komandadakı statusundan narazılığını ifadə edib və klubdan ayrılmaq niyyətində olduğunu bildirib. “Milan” yeni A Seriyası mövsümündə ilk oyununu “Torino”ya qarşı keçirəcək.







İtaliya S.A.