- İtaliya S.A.
- 23:08 22.08.2026
“İnter”in prezidenti Cüzeppe Marotta komandanın kapitanı Lautaro Martinesin gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın “DAZN”a istinadən məlumatına görə, Marotta argentinalının komandadan ayrılmayacağını qəti şəkildə qeyd edib:
“Lautaro bizim kapitanımızdır. O, “İnter”in müasir tarixini təcəssüm etdirir. Onun ayrılması üçün heç bir əsas yoxdur. Biz heç bir halda və heç bir səbəbdən onunla yollarımızı ayırmaq istəmirik. Bu barədə danışmağa belə ehtiyac yoxdur”.
Daha əvvəl argentinalı hücumçu ilə “Barselona”nın maraqlandığı və Kataloniya klubunun onu heyətinə qatmağa çalışa biləcəyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Lautaro Martines 2018-ci ilin yayında Argentinanın “Rasinq” klubundan “İnter”ə transfer olunub. 28 yaşlı hücumçu Milan təmsilçisinin heyətində keçirdiyi 377 oyunda 175 qol vurub və 56 məhsuldar ötürmə edib.