23 avqust 2026. Bazar günü

A Seriyasına heç-heçə ilə start verdilər


A Seriyasına heç-heçə ilə start verdilər

İtaliya A Seriyasının 2026/27 mövsümünün ilk turunda “Udineze” və “Komo” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İlk hissədə meydan sahibləri daha üstün oyun nümayiş etdiriblər. “Udineze” müdafiədə inamlı çıxış edib və ilk yarının sonlarına yaxın hücumdakı imkanından maksimum yararlanıb. Yürgen Ekkelenkampın ötürməsindən sonra Həsən Kamara fərqlənərək hesabı açıb.

İkinci hissəyə daha fəal başlayan “Komo” 54-cü dəqiqədə hesabı bərabərləşdirib. Anastasio Duvikas komandasının bərabərlik qolunu vurub.

Qarşılaşmanın qalan dəqiqələrində “Komo” qələbə qolunu axtarsa da, istəyinə nail ola bilməyib.

Beləliklə, hər iki komanda mövsümün ilk turunu 1 xalla başa vurub.







İtaliya S.A.