- İtaliya S.A.
- 00:48 24.08.2026
İtaliya A Seriyasının ilk turunda “Frozinone” və “Yuventus” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Benito Stirpe” stadionunda keçirilən qarşılaşma Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Molfettadan olan Covanni Ayroldi olub.
Matçda yeganə qolu “Yuventus”un müdafiəçisi Bremer 22-ci dəqiqədə vurub.
A Seriyasının ikinci turunda “Frozinone” avqustun 29-da səfərdə “Fiorentina”nın qonağı olacaq. “Yuventus” isə həmin gün doğma meydanda “Parma”nı qəbul edəcək.
Qeyd edək ki, “Frozinone” ötən mövsüm B Seriyasında 81 xalla ikinci yeri tutaraq İtaliya çempionatının yüksək liqasına vəsiqə qazanıb. “Yuventus” isə ötən mövsüm A Seriyasını 69 xalla altıncı pillədə başa vurub.