24 avqust 2026. Bazar ertəsi

“Belə matçlarda qol imkanlarını reallaşdırmalıdır”


“Belə matçlarda qol imkanlarını reallaşdırmalıdır”

“Yuventus”un baş məşqçisi Luçano Spalletti A Seriyasının ilk turunda “Frozinone” ilə qarşılaşmada hücumçu Randal Kolo-Muaninin çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, “Get Football News Italy” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

 “Biz Kolo-Muanini transfer etmək üçün hər şeyi etdik və onun nəyə qadir olduğunu bilirik. Lakin o, başa düşməlidir ki, iki ilə yaxın müddətdə demək olar ki, oynamayıb və bunun müəyyən səbəbi olmalıdır.

O, topa yaxşı nəzarət edir, boş zonaları tapmağı bacarır və fiziki gücə malikdir. Amma belə oyunlarda ondan qol imkanlarını reallaşdırmaq tələb olunur”

Qeyd edək ki, Turin təmsilçisi Qleyson Bremerin 22-ci dəqiqədə vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edib. “Yuventus”a geri qayıdan Kolo-Muani matçda sona qədər meydanda olub. Lakin onun üç zərbəsindən heç biri qolla nəticələnməyib.

“Yuventus” Kolo-Muanini avqustun əvvəlində PSJ-dən 40 milyon avrodan çox məbləğə transfer edib.







İtaliya S.A.